Türkiyədə davam edən yanğınların 119-u nəzarət altına alınıb.
Türk mətbuatı xəbər verir ki, Türkiyənin 3 əyalətinin 8 məntəqəsində yanğınlar davam edir.
Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere və Seyidkemer, Tuncelinin Hozat, Antalyanın Manavgat və Gündoğmuş rayonlarında yanğınların qarşısını almaq hələlik mümkün olmayıb.
Türkiyənin Kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən, 414 avtomobil, 55 ambulasn və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.
Bəzi rayonlardan sakinlər təxliyə edilib.
Yanğınlar nəticəsində vəfat edən şəxslərin sayı 8-ə yüksəlib.скачать dle 12.1