Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın ifa etdiyi "Bəlkə də” mahnısı Ermənistandan olan müğənni Sargis Abrahamyan tərəfindən ifa olunub.
Vətən müharibəsi dövründə erməni müğənninin oxuduğu mahnının bəstəkarı Pərviz Mahmudov müəllif hüquqları onda olduğu üçün sözügedən klip və ifanı yutubda bloklamağa nail olub. Buna baxmayaraq, oğurluq mahnı bir neçə hesabda yenidən paylaşılıb, bir illik fasilədən sonra isə Abrahamyanın yutub səhifəsində aktivləşib.
P. Mahmudov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, növbəti addım ataraq həmin paylaşımdan əldə olunan gəliri öz hesabına köçürməyi bacarıb.
"Vətən müharibəsi zamanı bu mahnının erməni ifaçı tərəfindən oxunduğunu gördük. Daha sonra Türkiyədə əməkdaşlıq etdiyim "Mesam” şirkətinə müraciət etdim. Bütün digital platformalardan sildirdik. Lakin başqa hesablardan yayımlandı. Mahnının lisenziyası məndə olduğu üçün tam haqq tələbi göndərdim. Bundan sonra o hesabda həmin mahnı üçün toplanan baxışdan əldə olunan gəlir mənim hesabıma oturulacaq”,- deyə bəstəkar əlavə edib.
Qeyd edək ki, "Bəlkə də” mahnısı 2008-ci ildə yazılıb və 2009-cu ildə Xalq artisti Röya Ayxan tərəfindən ifa edilib. Bəstə 2010-cu ildə Türkiyədə yenidən aranjeman olunub, müğənninin ifasında bir daha səsləndirilib və milyon baxışı keçən ilk estrada mahnısı kimi qeydə alınıb.
Bəstənin sözləri isə Leyli İsrafilovaya məxsusdur.
Erməni müğənni Azərbaycan mahnısı ilə qazandığı gəliri itirdi
10
sentyabr
18:12
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev