Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb.
Bu barədə Əlcəzair Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, qərar Mərakeşin "düşməncəsinə hərəkət və təxribatlarına” görə qəbul edilib. Qərar Mərakeşin mülki və hərbi təyyarələrinə, eləcə də, bu ölkəyə məxsus bütün təyyarələrə şamil olunur.
Qərar bu gündən etibarən qüvvəyə minir. Mərakeş tərəfindən qərara hər hansı münasibə t bildirilməyib.
Qeyd edək ki, avqustun 24-də Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini bəyan edib. O, bu qərarı "müstəqillik tarixindən etibarən Mərakeş ölkəmizə qarşı çirkin işlər həyata keçirir” cümləsi ilə elan edib. XİN rəhbəri Mərakeşin Əlcəzairə qarşı düşmənliyinin 1963-cü il müharibəsindən bəri məqsədli olduğunu bildirib.
Lamamra Mərakeşi ölkəsində meşə yanğınlarını törədən islamçı "Rachad” və separatçı MAC hərəkatı kimi qruplaşmalarla əlaqədə ittiham edib.
Mərakeş XİN isə Əlcəzair hakimiyyətinin krallıqla diplomatik əlaqələri kəsmək üçün avqustun 24-də qəbul etdiyi qərardan təəssüfləndiyini bildirib, bu qərar üçün göstərilən səbəbləri rədd edib.
Əlcəzair Mərakeş üçün hava məkanını bağladı
23
sentyabr
14:24
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev