Mərakeş, ABŞ və İsrail rəsmiləri Rabatda birgə bəyannamə imzalayıblar.
Sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ Prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.
Mərasim Mərakeş Kralı VI Məhəmmədin iştirakı ilə keçirilib.
Sənəddə qeyd olunur ki, “ABŞ Mərakeşin Qərbi Sahara ərazisi üzərindəki suverenliyini tanıyır və Mərakeşin bu bölgəyə muxtariyyət verilməsi ilə bağlı Qərbi Saharadakı mübahisənin ədalətli və davamlı həlli üçün yeganə əsas kimi təklif etdiyi etibarlı və real təklifi dəstəklədiyini təsdiqləyir”.
“Bu hədəfə doğru inkişafı asanlaşdırmaq üçün ABŞ Mərakeşlə birlikdə, Qərbi Sahara da daxil olmaqla, bölgədə iqtisadi və sosial inkişafı sürətləndirəcək, bölgənin iqtisadi və ticarət imkanlarını inkişaf etdirmək üçün Qərbi Sahara ərazisində - Dahlada konsulluq açacaq”, - deyə birgə bəyannamədə qeyd olunub. (APA)
Üç ölkə birgə bəyannamə imzaladı
23
dekabr
09:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat