Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olunub.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli “"Egemen Qazaqstan" nəşrinə müsahibəsində bildirib.
Tokayev Qazaxıstanda baş verən iğtişaşlar zamanı (red. - 2022-ci ilin yanvar hadisələri nəzərdə tutulur) Rusiya hərbçilərinin ölkəyə dəvət edilməsi ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, ölkənin müxtəlif regionlarında xaos və anarxiya şəraitində, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan dövrdə, Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında ölkəsinə sülhməramlı kontingentin daxil edilməsi üçün KTMT-yə müraciət etmək qərara alınıb.
“Vurğulayıram: müraciət Rusiyaya deyil, Qazaxıstanın üzvü olduğu KTMT-yə idi. Müraciət zamanı qurumun sədri Ermənistan olub, bu il sədrlik Qazaxıstana keçib. KTMT kontingenti həqiqətən də sülhməramlı missiya yerinə yetirdi və həmin faciəvi dövrdə baş verən hadisələrin qarşısını almaq üçün rolunu oynadı”, - deyə Qazaxıstan lideri bildirib.
Qazaxıstan rəhbəri onu da bildirib ki, KTMT-yə üzvü olan ölkələrlə razılığa əsasən, Təşkilatın kontingenti heç bir ilkin şərt qoyulmadan və vaxtından əvvəl ölkəni tərk edib.
“KTMT-nin sülhməramlı kontingenti antiterror əməliyyatında iştirak etməyib və bir dəfə də olsun atəş açmayıb. Erməni kontingenti şəhərin su kanalı və Aksay çörək zavodunu, Belarus kontingenti Jetigen hərbi aerodromunu, taciklər və qırğızıstanlılar müvafiq olaraq Almatı şəhərinin İES-1 və İES-2-ni, Rusiya hərbçiləri İES-3-ü və telekommunikasiya obyektlərini mühafizə edib. Ölkənin həyatı üçün vacib obyektlərə terror hücumları təhlükəsi var idi, ona görə də kontingent ora göndərildi. Ən əsası odur ki, bu, terrorla mübarizə əməliyyatları keçirmək üçün bizim hərbi qüvvələrimizin işini asanlaşdırdı”, - Tokayev əlavə edib.
Tokayev: Qazaxıstan 2022-ci il iğtişaşları zamanı Rusiyaya deyil, KTMT-yə müraciət etmişdi
03
yanvar
11:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat