Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Don Pipo" ləqəbi ilə tanınan kriminal avtoritet Artur Asatryanın evində növbəti dəfə axtarış keçirib.
"Qafqazinfo" xəbər verir ki, Asatryan nəşrə verdiyi müsahibəsində sözügedən faktı təsdiq edib.
"Qanuni oğru"nun sözlərinə görə, ona qarşı təqiblər səbəbindən Ermənistan vətəndaşlığından imtina etməli olub.
"Sifariş əsasında mənim barəmdə cinayət işləri başlatdılar. Bütün hökumət sistemi məni təqib etməyə başladı. Artıq dördüncü dəfədir ki, evimdə axtarış həyata keçirirlər, üstəlik mən evdə olmaya-olmaya", - deyə Asatryan vurğulayıb.
Qeyd edək ki, "Don Pipo" barəsində istintaq aparılır. O, üç nəfərlə qabaqcadan əlbir olaraq sağlamlıq üçün təhlükəli güc tətbiq etməklə bir nəfəri oğurlamaqda, eləcə də qanunsuz silah əldə edilməsində və saxlanılmasında şübhəli bilinir. O, 2019-cu ildə saxlanılsa da, bir müddət sonra zaminə buraxılıb. Asatryan özünü günahkar hesab etmir.
Kriminal avtoritet Ermənistan vətəndaşlığından imtina edib
19
yanvar
14:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı