İrəvanda gecə saatlarında oğurluğa gedən şəxs 4 nəfərin ölümünə səbəb olub.   
News.am xəbər verir  ki, insident  Kanaker adlı qəsəbədə qeydə alınıb. Belə ki, evə  oğurluğa gələn şəxslə ev sahibi  arasında əlbəyaxa dava olub. Bu zaman  oğru üzərində  daşıdığı silahla ev sahibini  güllələyib. Silah səslərinə ev sahibinin oğlu və  dostu gəlib.  Oğru onları da güllələyib. Bundan əlavə  oğru mühafizəçi şəxsi  ağır yaralayıb. 
Atışma səsləri ilə bağlı əraziyə polis cəlb olunub. Məlum olub ki, oğru  keçmiş deputat Artuş Simonyanın evinə girib. Polis evdə 4 nəfərin cansız bədənini aşkar edib. Belə ki, deputat və  oğlu aldığı silah yarasından yerindəcə  keçinib. Deputatın qonağı olan “Kanakerçi Tuy” adı ilə tanınan məşhur kriminal avtoritet Artur Kazaryan  və  mühafizəçi xəstəxanaya aparılarkən yolda dünyasını  dəyişib. 
Oğru isə hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb.  Araşdırma aparılır. 
Qeyd edək ki, Artur Kazaryan 44 günlük müharibədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında qalması uğrunda silahlı dəstələrin birində vuruşub. Bu ilin fevral ayında isə ölkənin Baş naziri Nikol Paşinyan Kazaryanı “Döyüş silahı” medalı ilə mükafatlandırıb.
скачать dle 12.1