Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya hücum planlaşdırarkən Rusiya prezidenti Vladimir Putinə Vladimir Zelenskini məhv edəcəyinə söz verib.
Xarici media bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Yüksək rəhbərliyimizin ləğvi ilə bağlı planı Kadırov fevralın 3-də Putinlə görüşü zamanı alıb. Bu görüşdə prezidentimizin ləğvi planı razılaşdırılıb və Kadırov öz qrupunun bunu edəcəyini üzərinə götürüb”, - Danilov vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı “bu prosesləri izləyib”.
“Fevralın 26-da 3 qrup ölkəmizin ərazisinə daxil olub. Onların fevralın 24-də gəlməməsinin səbəbi Kiyevin mərkəzi məhəlləsinə yaşıl dəhliz açılması üçün iki gün gözləmələri ilə bağlı olub. Bu qrupun hər üçünü izləmişik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edilib. Daha sonra iki qrup ölkəmizin ərazisini tərk edib. Bu gün biri Donetsk vilayətinin, digəri Mariupol şəhərinin ərazisində yerləşir, lakin onlar ön sıralarda deyil, tamamilə təhlükəsiz olan üçüncü və ya dördüncü eşelondadırlar”, - Danilov deyib.
Prezident Vladimir Zelenski fevralın 25-də ukraynalılara müraciətində bildirib ki, Rusiya onu fiziki cəhətdən aradan qaldırmaq istəyir. //lent.az
Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib - İDDİA
21
aprel
17:23
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı