Rusiya və Ukrayna arasında Donbass bölgəsi ilə bağlı gərginlik genişmiqyaslı müharibəyə çevrilib. Rusiya ordusu Ukraynanın kritik şəhərlərini ələ keçirib və müxtəlif nöqtələrdə qarşıdurmalar davam edir.
Rusiya lideri Putinə yaxınlığı ilə tanınan Çeçenistan rəhbəri Ramazan Kadırov Rusiya ordusuna dəstək üçün Ukraynaya öz qoşunlarını göndərib. Meydana toplaşan əsgərlər qarşısında çıxış edən Kadırov “Zelenski Putinə zəng edib üzr istəməlidir” şüarları səsləndirib.
Bu sözlərdən sonra sosial media hesabından canlı yayım açan Kadırov, "Hazırda bir nəfər də olsun itki və ya xəsarət alanımız yoxdur. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu doğrudur və hər şəraitdə onun əmrlərinə əməl edəcəyik".
Kadırov həmçinin "Ukraynalıların bu qədər silaha sahib olması bizi şoka salıb. Bizim Ukrayna xalqına qarşı döyüşmək niyyətimiz yoxdur. Məqsədimiz Ukrayna xalqı ilə deyil, neonasist qruplarla mübarizə aparmaqdır”, - videonun sonunda deyib.
"Ukraynalılar bizi şoka salıb" - Kadırov (VİDEO)
28
fevral
10:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat