Rusiya-Ukrayna müharibəsi getdiyi bir vaxtda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın Ukraynadakı hədəfləri ilə bağlı açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın 22 fevralda Ukraynaya hücum edəcəyi ilə bağlı kəşfiyyat məlumatlarına sahib olduqlarını ifadə edib.
Rusiyanın Ukraynaya hücumlarının ilk hədəflərindən birinin prezident Vladimir Zelenskinin öldürülməsi olduğunu bildirən Danilov, "Müharibənin ilk günlərində Prezident Aparatı yaxınlığında çoxlu silah səsləri eşidildi. Neçə insanı zərərsizləşdirdiyimizi açıqlamaq istəmirəm. Prezidentin mühafizəçilərinə təşəkkür etmək istəyirəm. Rusiyanın ilk məqsədi Zelenskini öldürmək olub. Bu, onların bir nömrəli məqsədi idi. Bununla da 22 fevral saat 19.20-də müharibənin başlayacağı xəbərdarlığı aldıq. Onların Zelenskidən sonra kimi hakimiyyətə gətirməyə hazırlaşdıqlarını da bilirik", - deyə qeyd edib.
Belarus torpaqlarının müharibəyə cəlb olunmasını gözləmədiklərini açıqlayan Danilov, “Hücumlar ilk rus karvanının Luqansk ərazisindən daxil olduğu 24 fevralda saat 05:00-da deyil, saat 03.40-da başladı. Gözləmədiyimiz yeganə şey Belarus torpaqlarının müharibəyə cəlb olunması idi", - deyə son olaraq bildirib.
Rusiyanın ilk hədəfi Zelenskini ÖLDÜRMƏK OLUB
15
aprel
10:57

Qarabağ
KOMMENTLƏR
"Müharibə Rusiyanın daxilində başa çatacaq" - Danilov
Aleksey Danilov: “Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək hüququ var”
Ukrayna Təhlükəsizlik Xidməti Arestoviçlə bağlı araşdırmaya başlayıb
"O, Putinə Zelenski və məni məhv edəcəyinə söz verib" - Danilov
Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib - İDDİA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat