Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.
Modern.az xəbər verir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə Ramil Səfərovun öldürdüyü hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib.
Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib.
Digər qərarda da Macarıstanın Ramil Səfərovu Azərbaycana təhvil verməsində də heç bir prosessual pozuntu aşkarlanmadığı bildirilərək, bu ölkəyə qarşı iddialardan da imtina olunub.
İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə hökmdən Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasına şikayət edəcəklərini bildiriblər.
Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.
O, kursun bitməsinə 20 gün qalmış Ermənistandan olan hərbçi Qurqen Markaryanı onu təhqir etdiyinə görə öldürüb. R.Səfərov 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.
Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ
08
sentyabr
15:43
Qarabağ
KOMMENTLƏR
Ermənistan Azərbaycanı məhkəməyə verdi
Ermənistanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
"Azərbaycan hökuməti bu əməllərə görə məsuliyyət daşıya bilməz"- MÜSAHİBƏ
Ermənistanın heç bir mənəvi haqqı yoxdur - VİDEO
"Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur"
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı