"Yeni təyin olunacaq hakimlər dövlətimizdə ədalət prinsipinin hökm sürməsində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə biləcək".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, məhkəmələrdə qanunun bütün tələblərini həyata keçirmək çətin məsələdir.
“Mülkiyyətlə bağlı məsələlərdə də belə çətinliklər mövcuddur. Vətəndaşın əmlakının məhkəmənin qərarı olmadan ələ keçirilməsi məsələsi bir neçə gün əvvəl gündəmə gəlmişdi. Ölkə başçısı bu məsələni nəzarətə götürdü. Mülkiyyət münasibətlərinin dəyişməsi ilə əlaqədar məhkəmə sistemində xeyli sayda işlər var. Bu məsələlərin öz həllini tapması daha məqsədəuyğundur. Burada ədalətli qərarın qəbulu vacib məsələdir. Üçüncüsü, Avropa Məhkəməsinin qərarları ilə bağlıdır. Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur. Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının bir çox hüquqları pozulub. Azərbaycandan Avropa Məhkəməsinə Əli Kərimliyə xidmət edən biri tərəfindən bir şikayət ərizəsi gedən kimi qərar verilir. Prosedur qaydaları bəzən onlara bunu etməyə imkan yaradır. Prosedur qaydalarına düzgün əməl etmək lazımdır ki, bu qaydalardan hər hansı şikayət gəlməsin. Avropa Məhkəməsində əsas qaldırılan məsələ prosedur qaydaları ilə bağlıdır”- deputat bildirib. O qeyd edib ki, məhkəmə sistemində yeniliklər bundan sonra da davam edəcək: “Hakimləri yaşa görə yox, əməyinə, işinə görə qiymətləndirmək lazımdır. Ola bilər məhkəmə sistemində işləyən hakim ömründə ədalətli qərar qəbul etməyib. Hakimlərin işinin qiymətləndirilməsi vətəndaşların onlardan razılığına görə olmalıdır. Bu strukturun verdiyi hər bir qərar vətəndaşların həyatında mühüm rol oynayır”.
"Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur"
05
may
13:07
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı