Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda 14 nəfər həyatını itirib. 
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu jurnalistlərə açıqlamsında mədəndəki partlayışda 14 nəfərin öldüyünü bildirib.
22:52
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda iki nəfər həyatını itirib. 
Partlayışda 2 nəfər ölüb, 20 nəfər yaralanıb. 
21:57
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.
Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.
O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.
21:02
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayışda yer altında qalan  daha 11 işçi xilas edilib.
Amasra Bələdiyyə Başçısı Recai Çakır yanğının baş verdiyi mədəndəki son vəziyyətlə bağlı açıqlama verib. 
İçəridə 87 işçinin olduğunu bildirən Çakır, 11 işçinin xilas edildiyini bildirib.
"Sağlamlıqları çox yaxşıdır. Dəbilqələrdəki çip üzərində edilən nəzarətlərə görə, 6 işçinin hərəkətsiz olduğu görülür" deyə bələdiyyə başçısı qeyd edib.
21:30
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayışda yer altında qalan 2 işçi xilas edilib. 
Hadisədən sonra bölgəyə göndərilən qruplar çökmə baş verən ərazidən 2 işçini çıxarıb. Səhhətləri yaxşı olan işçilər "Şiddətli partlayış oldu. Bütün yer qaranlığa qərq oldu" deyə açıqlama veriblər.
Səlahiyyətlilər partlayış zamanı yerin altında çox sayda işçinin olduğunu bildirib.
20:45
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Türk mətbuatı xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.
Yerin altında fəhlələrin olduğu bildirilir. Bartın qubernatorluğundan verilən açıqlamada, "Saat 18:15 radələrində Amasra Taşkömürü Müəssisəsində -300 yüksəklikdə partlayış baş verib"- deyə bildirilib.
 
 
 


скачать dle 12.1