Qırğızıstanda respublika paytaxtının bütün rayonlarının adları təcili olaraq qırğız dilinə dəyişdiriləcək.
Bununla bağlı Qırğızıstan parlamentinin spikeri Nurlan Şakiyev çağırış edib. O, bunu ölkə rəhbərliyinin dövlət dilinin inkişafına dair planları ilə əlaqələndirib.
Parlament spikeri bu barədə Bişkekdə keçirilən ümumxalq qurultayında çıxışı zamanı bildirib.
“Təcili olaraq Bişkekin bütün rayonlarının adlarının dəyişdirilməsi lazımdır, Qırğızıstanın bəzi yaşayış məntəqələrinin adları hələ də başqa dillərdədir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Qırğızıstanda dövlət dilinin inkişafı ilə bağlı planlar hələ tam şəkildə yerinə yetirilməyib.
Bundan əvvəl analoji təşəbbüslə Qırğızıstan parlamentinin bir neçə digər deputatı da çıxış edib. Hazırda Bişkekin tərkibinə Leninski, Pervomayski, Oktyabrski və Sverdlovski rayonları daxildir.
Qırğız dili respublikada dövlət dilidir, rus dili ölkədə rəsmi dil elan edilib. Sosioloji sorğular göstərib ki, hazırda Qırğızıstan əhalisi, demək olar ki, bütün regionlarda gündəlik həyatda dövlət dilindən istifadə edir. Bişkek, ona bitişik Çuysk bölgəsi, həmçinin İssık-Kul bölgəsinin kurort zonaları istisna təşkil edir.
Mənbə: TASS
Qırğızıstanda çağırış edildi: Paytaxtın rusca rayon adları təcili olaraq dəyişdirilsin
26
noyabr
18:21
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı