Bişkekin mərkəzində Joqorku Keneşin binası yaxınlığında mitinq keçirilir.
Xarici KİV xəbər verir ki, nümayişçilər Tacikistanla sərhəddə münaqişənin dayandırılmasını tələb edirlər.
Etirazçıların nümayəndələri hakimiyyətlə danışıqlar aparmaq üçün parlament binasına daxil olublar.
Sentyabrın 14-də tacik əsgərləri Qırğızıstanın sərhəd bölgəsini beş yerdə atəşə tutub. Danışıqlardan sonra atışma başa çatıb. Sentyabrın 16-da Qırğızıstan Respublikasının Sərhəd Xidməti Tacikistan Respublikası tərəfindən sərhədyanı ərazilərin atəşə tutulduğunu, Batken vilayətində dövlət sərhədinin bütün perimetri boyunca toqquşmaların başladığını elan edib. Agentlik tacikistan sərhədçilərinin hərəkətlərini xain hücum adlandırıb. Qırğızıstanın Xarici İşlər Nazirliyi Tacikistana etiraz notası təqdim edərək, əvvəllər əldə edilmiş razılaşmaların pozulduğunu bəyan edib.

  • Bişkekdə mitinq keçirilir - FOTOLAR
  • Bişkekdə mitinq keçirilir - FOTOLAR
скачать dle 12.1