Qırğızıstan parlamentinin sədri Nurlan Şakiyev ölkə rəhbərliyinin dövlət dilinin inkişafı ilə bağlı planları ilə əlaqədar olaraq, respublika paytaxtının bütün rayonlarının adlarının qırğız dilində dəyişdirilməsi ilə bağlı təcili sərəncam verilməsini istəyib.
Rusiya mətbuatı xəbər verir ki, o, bu barədə Bişkekdə ölkənin milli konqresində çıxışı zamanı deyib.
"Təcili olaraq Bişkekin bütün rayonlarının adlarının dəyişdirilməsi lazımdır, çünki indiyədək Qırğızıstanın bəzi yaşayış məntəqələrinin başqa dillərdə adları var", - o deyib.
Bundan əvvəl Qırğızıstan parlamentinin bir neçə deputatı da analoji təşəbbüslə çıxış edərək, respublikanın paytaxtının bütün rayonlarının qırğız adlarını qəbul etməyi təklif etmişdilər. Hazırda Bişkekə Leninski, Pervomayski, Jotnevy və Sverdlovski rayonları daxildir.
Qeyd edək ki, Qırğızıstanda qırğız dili ilə yanaşı rus dili də rəsmi dil elan edilib.
Qırğızıstan parlamenti rus adlarının dəyişdirilməsini tələb etdi
25
noyabr
16:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat