İtaliya “Roma”sının futbolçuları baş məşqçi Joze Mourinyonu doğum günü münasibəti ilə təbrik ediblər.
Ötən gün, yanvarın 26-da məşhur portuqaliyalı mütəxəssisin 60 yaşı tamam olub.
Futbolçular Mourinyonu komandanın soyunub-geyinmə otağında uzun sürən alqışlarla qarşılayıb və ona tort təqdim ediblər. Doğum günü tortunda Mourinyo “Roma” ilə qazandığı Konfrans Liqası kuboku ilə birgə təsvir olunub.
Portuqaliyalı komandanın təbrikinə zarafatla: “Bəsdir danışdıq, işə başlayaq. Qarşılaşmamız var”, - deyə reaksiya verib .
Qeyd edək ki, Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırır. Portuqaliyalı buna qədər doğma ölkəsində “Benfika” və “Portu” ilə yanaşı, “Real Madrid”, “İnter” və İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klubları ilə işləyib.



Mənbə: championat.com
скачать dle 12.1