NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı bildirib ki, o, İsveçin alyansa üzvlüyü ilə bağlı Türkiyə ilə danışıqlarında irəliləyiş görür.
“Mən irəliləyiş görürəm. Mənim məqsədim Finlandiya və İsveçin blokun 11-12 iyulda Litvada keçiriləcək sammitində NATO-nun tamhüquqlu üzvü olmasıdır”, - deyə o, bəyan edib.
Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət ediblər. Lakin Türkiyə Skandinaviya ölkələrinə qarşı bir sıra tələblər, o cümlədən terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləyib. İyunun 28-də Türkiyə, Finlandiya və İsveç arasında son iki ölkənin NATO-ya üzv olmasına icazə verən memorandum imzalansa da, İsveç onun şərtlərini hələ də tam olaraq yerinə yetirməyib.
Mənbə: TASSскачать dle 12.1