Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhdarlarının həbsi davam edir.
Bakısəsi erməni mənbələrinə istinadən xəbər verir ki, bu gün “Vahid Ermənistan” partiyasının lideri Artur Kazinyana ittiham irəli sürülüb. O qanunsuz kütləvi yığıncaqlar təşkil etməkdə təqsirli bilinir.
Kazinyan jurnalistlərə açıqlamasında bildirib ki, onu başqa maddə ilə həbs ediblər. Lakin ittihamı irəli sürərəkən maddəni dəyişiblər. “Açıq-aydın görünür ki, bu, siyasi təqibdir. Bu cinayət işində heç hüquqi əsas yoxdur”, - deyə o vurğulayıb.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov barəsində də cinayət işi başlanıb. Şarmazanov bəyan edib ki, artıq ona ittiham irəli sürülüb. Müxalifətçi fəal qanunsuz kütləvi yığıncaqlar təşkil etməkdə ittiham edilir.
«Növbəti dəfə Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırıldıq. Məni Ermənistan Cinayət Məcəlləsinin 225.1-ci maddəsi (qanunsuz kütləvi yığıncaqlar təşkil etmək) ilə ittiham edirlər. İttihamı qəbul etmədiyimi və ifadə verməyəcəyimi bəyan etdim”, - deyə Şarmazanov bildirib.
Bundan başqa, “Vətən” partiyasının lideri Artur Vanetsyan və “ARF Daşnaksütyün” partiyasının Ali Orqanının təmsilçisi İşxan Saqatelyan Xüsusi İctintaq Ximdətinə çağırılıb. Bu barədə Vanetsyanın vəkili Lusine Saakyan məlumat yayıb.
Vəkil bildirib ki, müdafiə etdiyi şəxs qanunsuz kütləvi tədbirlərin təşkili ilə bağlı başlanan cinayət işi üzrə dindirildiyini bildirib.
Son günlər Vametsyan bir neçə dəfə hüquq-mühafizə orqanlarının “qonağı” olub. Onun və valideynlərinin evində axtarış aparılıb.
Bəzi məlumatlara görə, həbslər bu gün İrəvanda keçirilməsi planlaşdırılan mitinqlə bağlıdır.
Müxalifətin təşkil etdiyi aksiyanın əsas tələbi Paşinyanın istefasıdır.
Paşinyan rəqiblərini həbsə doldurur: Müxalifət liderləri tutuldu
18
noyabr
17:58
Qarabağ
KOMMENTLƏR
Ermənistanda 10 müxalifət lideri saxlanılıb - SİYAHI
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Universitetin dekan müavininə cinayət işi açılıb
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev