Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq polis şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
E.Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S.Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitənin mənbəyinin Yevlax şəhər sakini Bəhruz Novruzov da olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Eləcə də E.Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində vətəndaşa məxsus avtomaşından iki ədəd akkumulyator oğurladığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıldı
06
fevral
19:49
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev