İçkili vəziyyətdə piyadnın ölümünə səbəb olan sürücü, Sulxayev Murad Şamil oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası mayın 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2020-ci il yanvar ayının 3-də Zaqatala şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə ərazidən uzaqlaşıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində M. Sulxayev saxlanılıb və məlum olub ki, o, hadisəni törədən zaman içkili olub.
Ona qarşı, Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma- zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Zaqatalada sərxoş sürücü yolu keçən qadını ÖLDÜRDÜ
27
aprel
13:35
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev