Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb.
APA-nın xəbərinə görə, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qurumlarımızın və tərəfdaşlarımızın məlumatlarını nəzərə alaraq, "Hizbullah"ın Litva da daxil olmaqla bir çox ölkənin təhlükəsizliyinə təhdid yaradan terror vasitələrindən istifadə etməsi ilə bağlı nəticəyə gəldik. ABŞ, Almaniya, Britaniya, Niderland və eyni qərarı qəbul etmiş digər ölkələrin yanındayıq", - deyə, Litvanın Xarici İşlər naziri Linas Linkeviçius yaydığı bəyanatda bildirib.
Nazirliyin məlumatında qeyd olunub ki, Litvanın Miqrasiya İdarəsi tərəfindən verilmiş qərarla "Hizbullah"la əlaqəli şəxslərin Litvaya girişi qadağan edilir. Qadağa 10 il qüvvədə olacaq.
İsrailin Xarici İşlər naziri bu qərarla bağlı Litvaya təşəkkür edib.
Bu barədə İsrailin XİN başçısı Qabi Aşkenazi "Twitter"də bildirib.
"Litvanın XİN rəhbəri ilə danışdım və "Hizbullah"ı terror təşkilatı kimi tanımaq qərarına görə ona təşəkkür etdim. Bütün Avropa ölkələrini oxşar qərarlar qəbul etməyə çağırıram. Hizbullahın Livandakı hərəkətləri bütün Livan əhalisini girov saxlayır", - deyə, Aşkenazi qeyd edib.
Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb
13
avqust
17:32
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev