Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkarlanaraq götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni 105 manata satan Gəncə şəhər sakini Orxan Qasımov da saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə satmasını etiraf edib.
Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.