İyul ayının 30-da Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev narkotik maddə olan “patı”nı tanışı Əli adlı şəxsdən 20 manata aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əli adlı şəxsin kimliyi və yeri müəyyən edilərək ŞBPİ-nə gətirilib.
Qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Əli Babazadənin üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkoti maddəni tanışı Ceyhun Abdullayevə 20 manata satdığını etiraf edib.
Bundan başqa ŞBPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan “metamfetamin” əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nadir Nağızadə saxlanılıb. Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi istifadə üçün əldə etdiyini etiraf edib.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Patı“ çəkən şəxs danışdı: “20 manata almışam“
03
avqust
14:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat