Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl Masallıda törədilmiş qətllə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.
Belə ki, 05 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 08 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Səidə Cəfərovanın boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlətmiş, təxminən 25-30 gün sonra meyiti gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb cinayətini gizlətmək məqsədi ilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırmış, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb.
Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf etmiş, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilmiş, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Əmisi qızını öldürüb, meyitini yandıran şəxs tutuldu - YENİLƏNİB
13
aprel
15:09
Qarabağ
KOMMENTLƏR
7 il əvvəl əmisi qızını öldürən şəxs tutuldu
Ötən il törədilən cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüş
3 qurum birgə ƏMƏLİYYAT KEÇİRDİ: 5 il əvvəl 2 nəfəri öldürən şəxs tutuldu
13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin ÜSTÜ AÇILDI
Bakıda öldürdükləri şəxsin meyitini İsmayıllıya aparıb YANDIRDILAR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı