DİN Masallıda 7 il əvvəl baş verən qətl barədə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, 2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
7 il əvvəl əmisi qızını öldürən şəxs tutuldu
13
aprel
10:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat