Hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodların birində baş verib.
Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.
Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.




