Bakıda güclü yanğın başlayıb.
Hadisənin kadrları sosial şəbəkələrdə paylaşılıb. Yanğının Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığındakı istehsal müəssisələrindən birində baş verdiyi bildirilir.
Qeyd olunur ki, əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

***
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
 Bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Əlavə məlumat veriləcək.

***
FHN-in yaydığı son məlumata əsasən, nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.


 скачать dle 12.1