DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb.Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.
Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.