İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.Yol Patrul Xidmətinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.
İçkili halda avtoxuliqanlıq edən sürücü tutuldu
30
iyun
20:17

Qarabağ
KOMMENTLƏR
"VAZ-2106" ilə avtoxuliqanlıq edən şəxs HƏBS OLUNDU - FOTO
Balakəndə avtoxuliqanlıq edib, videolarını sosial şəbəkədə paylaşan sürücü həbs olunub
Avtoxuliqanlıq edib videosunu "Tik-Tok"da paylaşdı, həbs olundu (VİDEO)
"VAZ"la avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ - FOTO
Toy karvanında "VAZ-2107" ilə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat