Göyçayda 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən parkların birində baş verib. Belə ki, onların arasında yaranan mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib və sonuncu bundan əsəbləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.
Göyçayda 64 yaşlı kişi onu təhqir edən qızı BIÇAQLADI
07
aprel
10:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı