Şəkidə ər və arvad bir-birini bıçaqlayıb.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Şəki şəhərində qeydə alınıb. Ailə münaqişəsi zəminində ər və arvad arasında olan mübahisə onların bir-birinə bıçaqla xəsarət yetirməsi ilə nəticələnib.
Hər iki şəxs bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı X. Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cuzi xəsarət yetirib. Daha sonra X. Nuriyev bıçaqla özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.
Şəkidə ər və arvad bir-birini BIÇAQLADI
26
yanvar
10:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat