Zaqatalada bir nəfər qonşusuna və onun həyətində işləyən fəhləyə bıçaqla xəsarət yetirib.
Zaqatala rayon sakini, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan D.F dünən günorta saatlarında qonşusu G.Cavadovaya məxsus ünvana gələrək qadına və evin həyətində işləyən fəhlə M.Əhmədova mətbəx bıçağı ilə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
скачать dle 12.1