Səudiyyə Ərəbistanı millisinin futbolçularına dünya çempionatında Argentina üzərindəki qələbəyə (2:1) görə vəd edilən “Rolls-Royce” avtomobilləri verilməyib.
Belə ki, Argentina ilə oyundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Cənubi amerikalılar üzərində qazanılacaq qələbəyə görə hər futbolçuya “Rolls-Royce” hədiyyə edəcək.
Buna baxmayaraq, futbolçular ayrı-ayrılıqda verdikləri müsahibələrdə hər hansı bahalı xarici markalı avtomobillə mükafatlandırılmadıqlarını deyiblər.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal isə futbolçulara hər hansı avtomobil hədiyyəsinin vəd edilmədiyini deyib.
“Xeyr, xeyr. Futbolçularımız təmsil etdikləri ölkənin komandasında qürurla oynayırlar. Milli komandanı tarixi matçda təmsil etmək onlar üçün şərəf idi. Bahalı avtomobil ətrafında yayılan şayiələr həqiqətə uyğun deyil. Əlbəttə ki, mükafat nəzərdə tutulmuşdu, lakin bu, sadə bir bonus idi. Belə hallar üçün bizim öz qaydalarımız var. Onlar mükafat üçün yox, ölkələri üçün oynayırlar. Tarix yazmaq üçün oynayırlar. Onların bir çoxu Argentina üzərində qələbədən sonra məşhur oldu”, - deyə Yasir Əl-Mişal vurğulayıb.
Mənbə: Marca
Səudiyyəli futbolçular hələ də vəd edilən “Rolls-Royce”larını almayıblar
13
dekabr
17:27
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev