Futbol üzrə Almaniya çempionatının XXI turu çərçivəsində “Borussiya” (Dortmund) evdə “Herta”nı 4:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Kərim Adeyemi (27-ci dəqiqə), Doniel Malen (31), Marko Roys (76) və Yulian Brandt (90) fərqləniblər.
“Herta”nın yeganə qoluna Lyuka Tuzar (46) imza atıb.
“Borussiya” məğlubiyyətsizlik seriyasını ardıcıl 6 oyuna çatdırıb və aktivində 43 xalla birinci yerdə olan “Bavariya” və “Union”u haqlayıb.
скачать dle 12.1