“Pandemiya nəticəsində Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmış iqtisadi sahalərin dayanması ümumi daxili məhsulun (ÜDM) 1,7 faiz azalamasına gətirib çıxarıb. Bu da manatla ifadədə gündəlik təribən 42 milyon manat pul deməkdir”.
“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məcliisn İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda ölkə iqtisadiyyatının digər sahələrinə də mənfi təsir göstərir. “İqtisadiyyat nazirinin bu günlərdə açıqladığı kimi pandemiya nəticəsində iütisadiyyat gündə 120-150 milyon manat itkilərə səbəb olur. Bu isə Azərbaycan iqtisadiyyatının pandemiyadan təsirləndiyinə əsas verir”-komitə sədri bildirib.
O əlavə edib ki, bütövlükdə pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirləri çox böyük rəqəmlərlə ölçülür: “Məsələn, Rusiya iqtisadiyyatında aparılan hesablamalara görə, gündəlik itki təqribən 1,3 milyard dollar həcmindədir. Yalnız məhdudlaşdırma tədbirlərinə görə... Onu da nəzərə alsaq ki, Azərbaycanda qeyri-neft sektorunun ixracının böyük bir hissəsi Rusiyanın payına düşür. Bu isə onu deməyə əsas verir ki, qonşu ölkələrdəki məhdudlaşmanın Azərbaycan iqtisadiyyatına təsiri çoxdur. O baxımdan da gündəlik 150 milyon manatadək itki Azərbaycan iqtisadiyyatı üçün böyük təsir deməkdir”.
Komitə sədri deyib ki, ona görə də bu təsirlərin minimuma endirilməsi istiqamətində ciddi kompleks tədbrilər planı hazırlanıb həyata keçirilməkdədir. “Vergi Məcəlləsində vergi güzəştləri və təttillərinin verilməsi bu məqsədə xidmət edir”- T.Mirkişili bildirib.
Millət vəkili bildirib ki, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri üçün vergi güzəştləri müzakirə edilib: “Bu güzəştlər bütöv 2020-ci ili əhatə edəcək. Cərimələr olmayacaq. Əmlak və torpaq vergisi 0% olacaq, sadələşdirilimiş vergi 2 dəfə azalacaq və s...
Məsələn, taksi ilə sərnişin daşınmasına görə aylıq vergi 9 man idi, indi olacaq 4.5 manat. Yük daşımaya görə vergi hər tona görə 1 man idi, olacaq 50 qəpik. İctimai iaşə sahəsində vergi dərəcəsi dövriyyədən 8% idi, olacaq 4%.
Sosial sığorta ödənişi dərəcələri təsirlənən sahələrdə 25%-dən 3%-ə endi. Məsələn, bərbərlər, dərzi, təmirçilər ayda 62,5 manat əvəzinə, 7.5 manat ödəyəcəklər və s... Yəni pandemiyanın sahibkarlıq sektoruna, o cümlədən ölkə iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək və qısa zamanda iqtisadiyyatının bərpa olunması üçün ciddi addımlar atılır. Təbii ki, Azərbaycan dövləti digər məsələlərdə olduğu kimi, bu məsələdə də əsas yükü öz üzərinə götürməklə vətənaşının yanında olduğunu sübut etdi. Belə ki, dövlət Azərbaycan iqtisadiyyatına olan mənfi təsirlərinin maksimum minimuma endirilməsi və az itki ilə çıxması üçün 3,5 milyard manatlıq büdcə formlaşdırıb. Bu vəsait əsasən pandemiyadan zərər çəkən sahibkarlıq və özəl sektorun zərərlərinin qarşılanmasına, eyni zamanda üzləşilən vəziyyətdən qısa zamanda çıxmasına yönəldiləcək. Məhz dövlətin və cənab Prezidentin yürütdüyü çevik siyasət, sahibkarlara dəstəyi nəticəsində ölkə iqtisadiyyatı pandemiyanın mənfi təsirlərini qısa zamanda aradan qaldıra biləcək. Post-pandemiya dövründə yeni iqtisadi model formalaşdıracaq. Vergi Məcəlləsinə, bank-maliyyə sektorunda və digər sahələrdə atılacaq addımlar məhz buna xidmət edir”.
Azərbaycan iqtisadiyyatı pandemiyadan gündəlik nə qədər vəsait itirir — AÇIQLAMA
30
aprel
12:19

Qarabağ
KOMMENTLƏR
Koronavirusdan Messi 50 milyon, Ronaldo isə 20 milyon dollar itirməli oldu
İqtisadi inkişaf tempimizin bərpa olunacağına heç bir şübhə ola bilməz
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
Prezident koronavirusa görə 1 milyard manat ayırdı - SƏRƏNCAM
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat