Məlum olduğu kimi, 09 oktyabr 2020-ci il tarixdə “Aktualxəbər.az” saytında dərc edilən “Təqaüdçü direktorun müasir korrupsiya metodları” sərlöhvhəli məqalədə Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz əməlləri barədə yazmışdıq. Amma deyəsən “daydayı” güclü olduğu üçün hələ də “gözün üstə qaşın var…” deyilməyən Q.Sultanova müqəddəs qanunlarımızı tapdalamaqdan həzz alırmışcasına özbaşınalıqlardan əl çəkmək fikdrində deyil. Çünki daha böyük böyük şövqlə qanunsuz əməllərinə dava edir.
Belə ki, məktəb rəhbərinin yeni korrupsiya metodu bu dəfə cəbhəyə, əsgərlərə pul yığılmaq adı ilə başladığı yalançı və məkrli kompaniyadan ibarətdir. Çoxsaylı şikayətlərdə onun orduya dəstək üçün hər müəllimdən 100 manat pul məbləği tələb etməsi və müəllimlərin buna məcbur edilməsi qeyd olunur. Bu çətin, ağır və həssas dönəmdə müəllimlərdən yığılan məbləğ nəzərdə tutulan pul miqdarından aşağı olanda qəbul edilmir, əksinə, məllimlər ” Onsuzda pandemiyada evdə qalıb dövlətdən havayı maaş alırsınız” ittihamı ilə qarşılaşırlar. Hər halda söhbət əsgərlərdən yardımdan gedirsə, təbii ki, hər bir vətəndaş olaraq məktəbin müəllimləri bu kampaniyadan knarda qalmırlar. Lakin əldə olunmuş dəqiq məlumata görə, Q.Sultanova bu pulları özü mənimsəyir.
Sual doğuran məqamlardan biri odur ki, həmin yığılan pullar hansı hesaba və nə məqsədlə köçürülüb? Köçürülmə barədə hər hansısa bir hüqquqi əsas, hesabat və yaxud qəbz varmı? Torpağın altında bu qədər şəhidi uyuyan bir ölkənin üstündə bu oyunları qurmaq yatmış vicdanları sızlatmırmı ?
Onu da xatırladaq ki, son dəfə ictimailəşən məlum şikayətlərdən sonra məktəbə “yoxlama” adı ilə gələn BŞTİ-nin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədov Qənirə Sultanova ilə “müəyyən əsaslarla” razılığa gəliblər ki, nəticə etibarilə onun bütün qanunsuz əməllərinə göz yumulub…
“Yoxlama” dan öncə məlum şikayətlərdə adları hallanan işçilər həmin şikayətlərə etiraz məzmununda akt yazmağa məcbur ediliblər. Əməkdaşlar tərəfindən məktəbin və müəllimlərin lazımı sənəd işləri də “yoxlanılıb”, vacib sənədlərin yerində və düzgün olmaması dəfələrlə qeydə alınsa da “ Bu dəfə güzəşt edirik” deyilərək, Q.Sultanovaya şifahi xəbərdarlıq edilib.
Bu barədə “Aktualxəbər.az”a məlumat verən mənbə onu da bildirib ki, məlum təqaüdçü direktorun haqqında edilən şikayətlərə lazımi formada baxılmazsa, düzgün ölçü götürülməzsə növbəti dəfə yuxarıda edilən şikayətləri əks etdirən və daha real faktlara əsaslanan videogörüntülər daha geniş formada yayımlanacaq, ictimailəşdiriləcək və bu barədə daha yuxarı instansiyalara, inzibati orqanlara müraciət ediləcək.
Məktəb təhsilin ocağıdır, rüşvətin yox!
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. /Aktualxeber/
144 saylı məktəbdə əsgərə yardım adı altında pul yığılır
04
dekabr
13:08
Qarabağ
KOMMENTLƏR
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Lerik təhsilində vəzifə bölgüsü və yaxud qohumbazlıq? – VİDEO
Azərbaycanda orta məktəb bağlandı
Avtobus sürən direktora İTTİHAM - "...bu cinayətkar direktorun məhkəməsi olacaq"
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev