Bakıda orta məktəb direktorunun müəllimlərdən qanunsuz tələblər irəli sürməyi ilə bağlı səs yazısı yayılıb.
Bakısəsi avtosfer.az-a istinadən xəbər verir ki, iddiaya görə səs yazısı, paytaxtın Səbail rayonu 162 nömrəli tam orta məktəbinin direktoru Arzu Nəzərovaya aiddir. Məktəbin direktoru müəllimlərdən qanunsuz olaraq siniflərin təmir edilməsini tələb edir. Qeyd edək ki, bu tələb qanunsuz olması ilə yanaşı, həm də əsassızdır. Çünki, məktəbin təmiri dövlət tərəfindən aparılmalıdır. Müəllimin vəzifəsi sinifləri təmir etmək yox, orada təhsil alan şagirdlərə bilik öyrətməkdir.
Təhsil Nazirliyindən aldığımız məlumatda da qeyd olundu ki, məcburi şəkildə bu cür tələblər qanunaziddir.
Həmin məktəbdə işləyən müəllimlərdən bir neçəsi direktorun daha bir qanunsuzluğu ilə bağlı redaksiyamıza müraciət edib. Müəllimlər bildirir ki, məktəbin direktoru Arzu Nəzərova avqustun 15-də 114 nəfərdən ibarət müəllim heyyətini məktəbin zalına iclasa çağırıb. Lakin onlardan 60 nəfəri iclasda iştirak edib. Bildiyimiz kimi ölkədəki pandemiya ilə bağlı qapalı yerlərdə sıx toplaşma qadağan edilib. Lakin direktor buna əhəmiyyət verməyərək müəllimləri iclasa çağıraraq onların sıx toplaşmasına şərait yaradıb. Bu isə virusun yayılmasında real təhlükə yaradır.
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
10
sentyabr
16:50
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev