"Hansısa bir göstərici üçün 35,3 min manatlıq bayraq asmaq vətənpərvərlik deyil, əksinə vətəndaşa hörmətsizlikdir".
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin binasında bayraq əks olunmasına 35 min manat verilməsinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, əslində sözügedən qurum bunu guya vətənpərvər hisslərlə bağlı atılmış addım kimi təqdim eləməyə çalışıb.
"Amma tamamilə absurd yanaşmadır. Çünki Məşğulluq İdarəsinin görəcəyi işlər bu deyil. Əsl vətənpərvərlik həmin idarənin doğru-dürüst çalışması, vəsaitlərdən düzgün istifadəsi və məşğulluqla bağlı olan problemlərin həllində vətəndaşlara kömək etməkdir. İndi işsizliklə, müavinətlərlə bağlı ciddi problemlər var. Pandemiya ilə əlaqədar çoxlu sayda işsizlik yaranıb. Düzdür, indi müharibə şəraitidir, hamımız tək ürək, tək dirək olmuşuq deyə bu problemləri dilə də gətirmirik. Vətəndaşlar bütün məsələlərə, problemlərə anlayışla, dözümlü yanaşır".
Natiq Cəfərli hesab edir ki, dövlət qurumları öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:
"Və hər bir məmur doğru-dürüst, dövlət büdcəsini şəffaf şəkildə xərcləməklə vətənpərvərliyini göstərməlidir".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi "Lotus Co" QSC şirkətinə 35,3 min manat ödəniləcək.
“35 min manatlıq bayraq vətənpərvərlik deyil, vətəndaşa hörmətsizlikdir..."
03
noyabr
15:21
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı