- Detalları istədilər, Limakın Türkiyədəki anbarına çatdırılma ilə bağlı hər bir detalı sorğu bölməsinə və inboxlarına göndərdim. Türkiyədəki kargo şirkətlərilə əlaqə saxladım təslimata dair nüsxələri də aldım. Üstəgəl, itən 2 bağlamanın Türkiyə anbarlarına daxil olduğu ilə bağlı mənə limak tərəfindən sms göndərildiyi ilə bağlı screenləri də göndərdim, bəhanə etməsinlər deyə yeganə qeyd etdiyim ünvanın Limakın ünvanı olduğunu göstərən screeni də əlavə etdim. Amma çi fayda! Bağlamalarımı itiriblər, ya başqasının hesabına əlavə ediblər və heç cür boyunlarına almaq istəmirlər, məsuliyyətlərindən yayınırlar. Aşağıdakı screenlərdə görə bilərsiniz.
GUNDEMİNFO.AZ şikayətçiyə istinadən yazır ki, uzun araşdırma və vətəndaşın israrından sonra onunla kimsə əlaqə saxlamayıb. Hətta ziyana düşən vətəndaşa cavab verməkdən belə imtina etməyə başlayıblar. "Təəssüf ki arrtıq mesajlarımı oxumurlar. Oxuduqlarına isə cavab vermirlər. Zənglə də düşmək mümkün deyil. Hara və necə şikayət edə bilərəm?" deyə F.Ə adlı şikayətçi yazır.
Qeyd edək ki, son zamanlar Limak.az daşıma şirkətindən çoxsaylı şikayətlər yayılmaqdadır. Narazı vətəndaşlar da yaşadıqları çətinliklərlə bağlı olaraq son ümid yeri kimi media və sosial şəbəkəni seçirlər.
GUNDEMİNFO.AZ olaraq iddialarla bağlı şirkətin rəsmi mövqeyini dərc etməyə hazırıq.
Vətəndaşın şikayətinə dair iddiaları təqdim edirik:








