Şəki rayon, Aşağı Göynük kəndinin Mərdanuşağı məhəlləsi sakinlərinin yol ilə bağlı problemləri həll edilmir. Kəndə bu yaxınlarda, Şəhid gəlməsi ilə əlaqədar tələm- tələsik yola çınqıl örtüyü tökülsə də, əksər yollar yağmurlu havalarda daha da keçilməz olur.
DİA.AZ xəbər verir ki, kənd sakinlərin başqa bir problemi isə kəndə təbii qazın hələ də çəkilməməsidir. Onlar yaxınlıqdakı meşələrdən qışa tədarük edərək, evlərini odun sobasıyla qızdırırlar. Ancaq 2019 – cu ildən başlayaraq, kəndlilərin öz sözləri ilə desək hökümətin və ya onların havadarlıq etdiyi bəzi işbazlar 1000 hektarlarla meşə ərazisini kürüyərək məhv ediblər və nəticədə sakinlər odun tədarükü imkanından yararlana bilmirlər. Meşə ərazisinin məhv edilməsi, kənd sakinlərinə başqa problemlər də yaradıb. Belə ki, meşələrin məhv olunması nəticəsində, ac qalan yırtıcı heyvanlar onsuz da az qalmış heyvandarlıq və quşçuluğa ciddi ziyan vurmaqdadır.
Aşağı Göynük kəndində örüş yeri də yoxdur, çünki həmin ərazilər “pay torpağı kimi” kənd bələdiyyəsi tərəfindən satılıb. Çarəsiz qalan kənd sakinləri heyvanlarını meşə ərazisində otarmağa məcbur olublar, ancaq həmin meşə də artıq məhv edilb.
Yuxarıda qeyd edilən şikayətlərlə bağlı, dəfələrlə aidiyyatı qurumlara məlumat verilsə də, problemlər hələ də öz həllini tapmayıb.
Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY
13
yanvar
21:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev