Azərbaycan Respubliksının Prezıdenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti Azərbaycan Respubliksının Birinci Vitese-Prezıdenti Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti Azərbaycan Respubliksının Baş Naziri Cənab Əli Əsədova
Surəti Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman hörmətli Səbinə Əliyevaya
Surəti Azərbaycan Respubliksının Mərkəzi Bankının sədri
Cənab Elman Rüstəmova
Surəti Bank of Baku ASC-nin müşahidə şurasının sədri
Cənab Elçin İsayevə
Surəti Azərbaycan Respubliksı Respublika Xammal və Əmtəə Birjası “Külək” MMC Hərrac Mərkəzi
Mən ağciyər xəstəliyindən əziyyət çəkən həyat yoldaşımın müalicəsi üçün Sumqayıt ş., 6-cı mkr, ev-35, mənzil-158 ünvanındakı 3 otaqlı evimi girov qoyaraq “Bank of Baku”-nun Sumqayıt filialından 22 500 ABŞ dollar (köhnə məzənnə ilə) kredit götürmüşdüm. Dollarin kursunda artım olduqdan sonra banka 15 000 manat qalıq borcum qalmışdı. Bankın İlkin adlı əməkdaşı mənə bildirdi ki, “5000 manatdan yuxarı ödəniş etsən banka olan borcun köhnə məzənnə ilə hesablanacaq” Onun təklifinə inanaraq 8350 manat ödəniş etdim. Buna baxmayraq, bank bundan sonra mənə mənə əlavə cərimə və faizlər hesablayaraq borcumu 22000 manata çatdırdı. Borcun ödənilməsi üçün məni Sumqayıt Şəhər Məhkəməsinə verdilər.
Hazırda evimin hərrac yolu ilə satılmasına qərar verilib. 3 otaqlı evdə özümdən savayı qardaşım da ailəsi də ilə yaşayırlar. Mənzilin hərrac yolu ilə satılması 9 nəfərdən ibarət 2 ailənin evsiz qalması deməkdir. Mən özüm şəkərli diabet, həyat yoldaşım isə ağciyər xəstəsidir. Ailəmizdə işləyən şəxs yoxdur. Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var.
Mənzilimin “Külək” MMC Hərrac Mərkəzində hərraca çıxarılmasına dair mənə rəsmi qərar da göndərilmişdir.
Pandemiyanın tüğyan etdiyi bir zamanda AR Konstitusiyasının tələblərinə zidd olaraq 9 nəfərdən 2 ailənin evsiz qoyulması böyük faciələrə zəmin yaradır.
Xahiş edirəm qeyd olunanları nəzərə alaraq qalan borcumu hissələrlə ödəmək şərtilə 2 ailənin evsiz qalmaması üçün bizdən Öz köməyinizi əsirgəməyəsiniz.
Hörmətlə Babayev Ramil Sabir oğlu
Ünvan : Sumqayıt ş., 6-ci mk/rn, ev-35, m.-158
Tel. 050 362-07-97
"Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var..." - “Bank of Baku”dan ŞİKAYƏT
14
yanvar
12:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev