1977-ci ildə, yəni  tələbə  olduğu vaxt  Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexində çeşidləyici işləyən Vüqar Səfərli  7 ədəd  ( biri 15 qəpik x 7 = 1 man 05 qəpik  ) “Kirpi”  jurnalı .... köşkə satdığına görə, onun üzünə  nələr deyildiyini yəqin ki, həbsxanada xatırlayar. 
Bəli, Əli Həsənovun  təqdimatı ilə  Vüqar Səfərli  2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 
Yəni  yüzlərlə qəzet, jurnal, saytlar və digər  media vasitələrinə dövlətin dəstəyini Vüqar Səfərliyə həvalə ediblər. Ortada milyonlarla vəsait. 
Hələ üstəlik jurnalistlərə dövlət hesabına mənzillər  tikib vermək. Böyük maxinasiya sahəsi, qanunsuzluqlar, cinayətlər. Və nəticədə Vüqar  Səfərli  2020-ci idə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. 
14 Yanvar , 2021-ci ildə isə  mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırdığı üçün Vüqar Səfərli həbs olunub. 
Yaxşı, həmin cinayətlər baş verəndə bu barədə yazanları, vaxtında tədbir görülməsini tələb edənləri  “reket” elan edirdiniz, həbs etdirirdiniz. İndi kimlərin reket, cinayətkar olduğu bəlli olur. 
Axı, söhbət bir fərdin cinayətindən getmir, ortada mütəşəkkil cinayətkar dəstə var, yəni bu boyda cinayətləri Vüqar Səfərli istəsə belə təkbaşına edə bilməzdi. 
Bəs Vüqar Səfərlinin yan-yörəsində qulbeçəlik edənlər, onun qıl verənləri, Dəyirmi Masalar təşkil edib həqiqəti deyənləri gestapo kimi cəzalandırmağı tələb  edən Müşfiq Ələsgərlilər, Yadigar Məmmədlilər  noolsun ? 
Bəs onlar niyə həbs olunmur ? 
Bəs, Vüqar Səfərlinin “quyruqları”  olan, onunla rayonlara səfər edib icra başçılarından tərifli yazı hazırlayanlar niyə cəza almır ? 
Axı, sizlərin təriflədiyiniz  icra başçılarının çoxu həbsxanada cəzasını çəkir. Bəs siz niyə cavab verimirsiniz?
Axı, indi həbsxanada olan icta başçılarını o zaman haqlı olaraq tənqid edənləri siz  reket elan edirdiniz ? 
Həm də həmin cinayətkar icra başçılarının “zakazı” ilə baş redaktorları şərləyib  tutdururdunuz. 
Bəs indi niyə susursunuz..?  Axı, zamanında siz həmin icra başçılarını  müdafiə edirdiniz. Deməli, cinayətlərinə də şərik olmusunuz. Məntiqlə cəzanızı çəkməlisiniz. 
Katibələrə, aşnalara, sürücülərə, qohumlara mənzil veriləndə Jurnalaistlərin Həmkarlarının sədri Müşfiq Ələsgərli niyə ağzına su almışdı..? 
Bəs, Vüqar Səfərlinin  təltif etdiyi, fəxri adlar verdiyi şəxslərin günahını nə ilə yuyaq..? 
Sizlər - Vüqar Səfərlinin dəyənəyi-zopası ilə oturub-duranlar, onun işarəsi ilə qərar qəbul edənlər guya media ilə məmur korpusu arasında KÖRPÜ rolunu oynayırdınız. Amma əslində siz  azad medianın üzərindən özünüz üçün KÖRPÜ kimi istifadə edib, öz çirkin məqsədlərinizə doğru irəliləyirdiniz. 
İndi zaman dəyişib. O vaxtlar kimlərə  reket, qara media damğası vurmadınız. İndi sizə ad verməyin zamanı gəlib. Sizin adınız nədir, ey moşenniklər, dələduzlar, medianın üz qaraları...
скачать dle 12.1