Məlumdur ki, ölkə başçısının mətbuat  sahəsi üzrə siyasətini icra edən  şəxslərdən biri,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri  Vüqar Səfərli hazırda həbsxana həyatı yaşayır. 
Yəni  media işçiləri üçün  nəzərdə tutulan binanın inşası və bölüşdürülməsi zamanı  xeyli maxinasiyalara yol verdiyi  üçün cənab Vüqar Səfərliyə qarşı cinayət işi açılıb. 
İlkin məlumatlara görə, dövlət vəsaiti hesabına jurnalistlər üçün inşa edilən mənzillərin bölüşdürülməsi zamanı kimlərsə öz katibələrinə, yaxud sürücülərinə, yaxın adamlarına qanunsuz olaraq həmin binada mənzil hədiyyə ediblər, yaxud satıblar. 
Və Prezident İlham Əliyevin xoşməramla media mənsublarına kömək missiyasından Vüqar Səfərli kimilər öz şəxsi maraqları üçün istifadə ediblər. 
Bu məsələdə Prezidentin sabiq köməkçisi və belə demək mümkünsə, mediamızın “kuratoru”  Əli Həsənov da yaxından iştirak edib. 
Əli Həsənov da vəzifəsindən azad edilib və hazırda evdə oturub nə olacağını gözləyir. 
Yəni birbaşa  media ilə bağlı məsuliyyət daşıyan vəzifəli şəxslər az-çox cəzalarını alıb və yəqin ki, daha ciddi cəzaların olacağını yaxın zamanlarda görəcəyik. 
Bəs görəsən, bu məsələdə heç də Vüqar Səfərlidən geri qalmayan Müşfiq Ələsgərli  nə üçün məsuliyyətdən və cəzadan kənarda qalıb ? 
Söhbət 2003-cü ildən bu günə kimi Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzvü, MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədri və ən əsası…Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il və 3 iyun 2013-cü il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş Müşfiq Ələsgərlidən gedir. 
Adamın vəzifəsinin sayını, uzunluğunu və dərəcəsini gördünüzmü ?
Bu adam Həmkarların sədri kimi bir başa medianın mənzil probleminə görə məsuliyyət daşıyır. 
Bu adam Sosial Komissiyanın sədri kimi yenə jurnalistlərin sosial, o cümlədən mənzil məsələsi ilə məşğul olmalıdır. 
Bu adam KİVDF  Müşahidə Şurasının  üzvü kimi cənab Prezidentin ona göstərdiyi etimadı doğrultmadığı və bu etimaddan öz şəxsi qazancı, marağı üçün sui istifadə etdiyi üçün  birbaşa məsuliyyət daşıyır. Və qanun qarşısında cavab verməlidir. 
Görünən odur ki, bu xəmir hələ çox su, daha doğrusu, Vüqar Səfərlinin istintaqı hələ çox müşfiqləri aparacaq.скачать dle 12.1