Yeni Səhiyyə Naziri Teymur Musayev GEM-də kadr dəyişikliyi edəcəkmi ?
İnşallah 7 aydan sonra, yəni 2021-ci ilin 18 oktyabrında müstəqil Azərbaycan dövlətinin 30 yaşı tamam olacaq.
Bu 30 ilin 17 ilini Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev olub. Bir neçə gün əvvəl cənab Prezident onu vəzifədən azad etdi.
Təsəvvür edirsiniz, 30 ilin yarıdan çoxunu təsadüfi bir adam nazir olub, özü də səhiyyə naziri. Bu özü çox şey deyir.
Bu illər ərzində peşəkar həkimlər, tibb işçiləri sabiq nazir Əli İnsanovun və Oqtay Şirəliyevin “sayəsində “ səhiyyə sistemidən uzaqlaşdırılıb. Və onları Sara xanım kimiləri əvəz edib.
Söhbət Səhiyyə nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənovadan gedir.
Epidemiologiya deyəndə hamının ağlına dezinfeksiya-fian gəlir. Hətta el arasında zarafatla, rayonlarda bu quruma “siçan-pişik” idarəsi də deyilirdi.
Amma bu mərkəzin səlahiyyətləri çox genişdir. Sara xanım ölkədən ixrac olunan, idxal olunan məhsullara, tikinti materiallarına qədər hər şeyə nəzarət edir. Yəni bazarı çox genişdir. Sara Həsənova müxtəlif çeşidli içkilərə də nəzarət edir.
Sara Həsənova bu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi olub.
Sara xanım sabiq nazir Oqtay Şirəliyevin sevimlisi olub.
Bir neçə gün öncə Oqtay Şirəliyevin nazir vəzifəsindən çıxarılması Sara Həsənovanın əməlli-başlı kefinə soğan doğrayıb, onu depressiyaya salıb.
Görəsən Sara xanım, niyə depressiyaya düşüb ?
Daxil olan məlumatlara görə, səhiyyə nazirini əvəz edən Teymur Musayev Sara xanıma bildirib ki, içki söhbətini yığışdır...
Sara xanım isə bütün günü Aygün Kazımovanın “ Depressiyondayım..” mahnısı qoyub xəyalara dalır.
Növbəti yazıda Sara xanımın digər xobbilər barədə yazacağıq.
Bizi izləyin.
Otuz yaşı olacaq müstəqil Azərbaycanın 17 illik səhiyyə naziri Oqtay Şirəliyev getdi- GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
01
may
20:13
Qarabağ
KOMMENTLƏR
Gigiyena və Epidemiologiya Mərkəzinin kuratoru Viktor Kerimoviç kimdir ?- Mərkəzin direktoru Sara Həsənova niyə məhz içkiləri nəzarətə götürüb ?
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Oqtay Şirəliyevi əvəz edən nazir müavinindən İLK ƏMR
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...- Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı