Sovet dönəmində Səhiyyə nazirliyi sözün həqiqi mənasında “dövlətin içində dövlət” idi. Nazirliyin şəhərlərdə, rayonlarda, qəsəbələrdə, hətta ucqar kəndlərdə olan əmlakını siyahıya almaq mümkün deyildi. Nə qədər xəstəxanalar, dərman bazaları, təcili yardım maşınları, avtomobil qarajları, şəhər mərkəzlərində min hektarlarla torpaq sahələri və daha nələr.
Müstəqillik illərində ilk səhiyyə nazirlərindən biri olan, sonra məhbus həyatı yaşayan Əli İnsanov nə qədər satmağa, dağıtmağa çalışdısa da, bitib-tükənmək bilmədi.
16 ildir ( 2005-2021-ci illər ) Oqtay Şirəliyevin dövründə Səhiyyə nazirliyinə məxsus əmlak satılır, hərraca çıxarılır, amma yenə nəsə qalıb.
Yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə nazirliyinin balansında yüzlərlə avtomobil, təcili yardım maşınları var idi. Bunların təchizatı üçün nazirliyin nəzdində Səhiyyə nazirliyinin Avtomobil qarajı var idi.
Bu qaraj Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 8 ünvanda yerləşib. Və 2 hektar ərazini əhatə edir. Təkcə onu qeyd edək ki, bu torpağın qiyməti hazırda 3 milyon dollardır.
Bir neçə il əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayevin həmin qarajı ələ keçirməsi ilə bağlı məlumat yayılmışdı. Hətta o məlumat da yayılmışdı ki, qarajı özəlləşdirmək istəyən Hikmət Məmmədov adlı birisi Elsevər Ağayevin milyonlarını iş adamlarına sələmə verir.
Sözün qısası, Səhiyyə nazirliyinin avtomobil qarajı ilə bağlı söhbətlər neçə ildir davam edir.
Oqtay Şirəliyevin nazir, Nigar Əliyevanın nazir müavini olduğu illərdə avtomobil qarajında bir salamat avtomobil qalmayıb. Ancaq Nigar xanımın az qala evinə benzin xətti çəkilib.
Bu illər ərzində qarajda söz sahibi Oqtay Şirəliyevin sağ əli Yaqub adlı şəxs olub. Nazirliyə sürücü işə qəbul etmək, qarajda abtomobil “spisat” etmək, ehtiyat hissələri, benzin, avtomobil yağları və s hamısı Yaqubun əlində olub.
Son günlər, yəni Oqtay Şirəliyev nazir vəzifəsindən çıxandan sonra Yaqubun yuxusu ərşə çəkilib. Gecələr yata bilmir, oyanıb kimisə gözləyir. Bir sözlə, Yaqub yaman təlaş keçirir. Niyəsini növbəti yazıda yazacağıq.
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...- Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
28
aprel
19:08

Qarabağ
KOMMENTLƏR
Yeni səhiyyə naziri kim olacaq? - İDDİA
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat