Qısa müddətdə sözün əsl mənasında möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyətinin xüsusi payı var.
Bunu "BAKISESI.com"-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, bu gün İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir.
Akademikin sözlərinə görə, dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir:
“Artıq hər kəsə yaxşı bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı yeni siyasi liderlərin və dövlət başçılarının ən görkəmlisidir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktik rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu dövlət xadimi olmaqla yanaşı, həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da nikbin və realist görünür”.
İ.Həbibbəyli vurğulayıb ki, Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.
AMEA-nın vitse-prezidenti bildirib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq məfkurəsi, millətlərarası münaqişələrin həlli, yeni neft strategiyası, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, multikulturalizm və tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir:
"İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin önə çəkdiyi zəruri sahələrdəndir. Prezident İlham Əliyevin siyasəti həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə başçımızın qəti siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür".
O qeyd edib ki, bu mənada 15 il ərzində inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan düşünülmüş, məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir:
"Beləliklə, dövlət də, Prezidentin siyasəti də ölkəmizlə birlikdə, xalqımızla həmahəng şəkildə daimi inkişafdadır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçib. Həyat təsdiqlədi ki, İlham Əliyev ümummilli lider Heydər Əliyevdən sonrakı dövrdə mükəmməl dövlətçilik təlimini bacarıqla və yaradıcılıqla inkişaf etdirməkdə də hamıdan fərqlənir”.
Akademik: Prezident İlham Əliyev dünyada qəbul olunmuş görkəmli siyasi liderdir
14
oktyabr
23:56
Qarabağ
KOMMENTLƏR
Prezident İlham Əliyev: Azərbaycan-Vatikan əlaqələri dünyaya nümayiş etdirir ki, fərqli mədəniyyətlərin, dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə bilərlər
Şahin Mustafayev: Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır
Azərbaycanlı alim Rusiyada keçirilən II Avrasiya Qadınlar Forumunda iştirak edib
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Oqtay Əsədovdan erməni deputata cavab
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev