ÖTƏN yazımızda qeyd etmişdik ki, Abşeron rayonunun Masazır qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur.
SONRA yazmışdıq ki, millətin gələcəyi üçün məktəb tikilirsə, yəni kafe, restoran deyil ee, məktəb tikilirsə, niyə FHN-nin xəbəri yoxdur ?
Axı, ölkəmizdə tikilən hər bir obyektə görə, FHN-nin ( sədr Kəmaləddin Heydərov ) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsuliyyət daşıyır..
DAHA SONRA, yazmışdıq ki, tikintinin həyata keçirildiyi ərazinin sahibi, Abşeron rayon icra hakimiyyəti ( icra başçısı İradə Gülməmmədova ) hara baxır ?
LAP DAHA SONRA...yazmışdıq ki, məktəb tikilirsə, Təhsil Nazirliyinin ( nazir Emin Əmrullayev ) necə xəbəri olmaya bilər, axı ?
Ey təhsil naziri Emin Əmrullayev, səndən bir daha soruşuruq ki, Masazırda tikilən məktəbdən xəbərin varmı ?
Həmin məktəbi tikən iş adamı Aydın Şamoyev niyə Təhsil İdarəsinin adından danışır?
Cənab nazir, bu adam arxayın olmasa, Bakı şəhərinin Təhsil İdarəsinin adından necə danışa bilər ?
Cənab nazir, Aydın Şamoyev, sabiq səhiyyə naziri, hazırda Haqq və Ədalət Partiyasının sədri, radikal müxalifətçi Əli İnsanovla ortaq biznes qurub.
Daha dəqiq olsun deyə, qeyd edirik ki, Masazır qəsəbəsindəki məktəbin tikintisini HİDROKONSTRAKŞN şirkəti və Aydın Şamoyev həyata keçirir.
Tikinti heç bir standartlara cavab vermir. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Gundelik-baku.com-un apardığı araşdırmalar onu göstərdi ki, bu tikinti ilə bağlı heç bir dövlət qurumunun xəbəri yoxdur.
Məcbur olub yenidən araşdırma apardıq. Və bəlli oldu ki, məktəb adı altında aparılan tikintiyə icra başçısı İradə Gülməmmədovanın böyük qardaşı ( Rizvan ) ağsaqqallıq edir.
Amma hələ bəlli deyil ki, tikilən məktəbdir, yoxsa hotel ?
Və ən əsası bu bina 1-2 ildən sonra uçarsa, faciə baş verərsə, KİM MƏSULİYYƏT DAŞIYACAQ ?
Mütləq hər məsələyə görə, cənab Prezident müdaxilə etməlidir ?
Bəs siz nəyə baxırsınız:
Cənab Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov,
Cənab Təhsil Naziri Emin Əmrullayev,
Cənab-ə Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ?
HƏP-əndin sədri Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
27
may
17:19
Qarabağ
KOMMENTLƏR
Abşeronun Masazır qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur…- Görəsən, FHN, Abşeron rayon icra hakimiyyəti hara baxır ?
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Hər məktəb direktorunun arxasında yekə bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı - "O, necə diektor oldu?"
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev