Məktəbi tikən iş adamı  Aydın Şamoyev  niyə Təhsil İdarəsinin adından danışır?


Bir neçə il əvvəl, Binəqədi rayonunda  16 mərtəbəli yaşayış binası səhər saatlarında alışıb yandı. Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 15 nəfər öldü, 64 nəfər isə ağır yaralandı. Yanğının başlamasına səbəb binanın üzərinə çəkilmiş penoplas üzlüklər oldu. 
Deməli, tikintidə xırda səhv böyük faciələrə səbəb ola bilər. 
Əgər  vaxtında müvafiq qurumlar işinə məsuliyyətlə yanaşsaydı, keyfiyyətsiz və ucuz, həm də tezalışan materiala icazə verməsəydi, bu boyda faciə baş verməzdi. 
Hadisədən sonra kimlərinsə həbs olunması, daldan atılan daşa bənzəyir və heç bir faydası yoxdur. 
Bu hadisəni nə üçün yada saldıq ?
Hazırda Abşeron rayonunun Masazır qəsəbəsində sürətlə məktəb tikintisi gedir. Məktəbin tikintisini Hidrokonstrakşn şirkəti və Aydın Canıyev həyata keçirir. 
Tikintinin qüsurlu və keyfiyyətsiz olmasını görmək üçün inşaatçı, yaxud tikinti üzrə mütəxəssis  olmağa ehtiyac yoxdur. Elə ilk baxışdan görünür ki, bu məktəb binası nə vaxtsa faciəyə səbəb ola bilər. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Axı, yuxarıda da qeyd etdik ki, məsuliyyəti indi daşımaq lazımdır ee,  faciədən sonra yox. 
Gundelik-baku.com olaraq öncədən bu məktəbin tikintisinə görə, kimlərin məsuliyyət daşıdığını araşdırmaq qərarına gəldik. 
Məlumat üçün onu da qeyd edək ki, tikintini aparan  Aydın Şamoyev bildirir ki, məktəbin tikintisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə həyata keçirilir.  
Biz də Bakı ŞTİ rəhbərliyi ilə telefon əlaqəsi saxladıq. Sağ olsunlar, dərhal cavab verdilər  və  idarədən  bizə bildirdilər ki, Masazır qəsəbəsində tikilən  məktəbdən onların xəbəri yoxdur. 
Lap lətifəyə döndü e. Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. 
Sonra dəfələrlə Təhsil Nazirliyi, şəxsən nazir və nazir müavinləri ilə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı. 
Cənab nazir Emin Əmrullayev, haradasan, niyə müraciətlərə cavab vermirsən ?

Masazırda tikilən məktəbin tikintisindən xəbərin varmı ? 

Bu sualların cavabını kimdən alaq, ey təhsil naziri...?
 

Bəs görəsən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hara baxır ? 

Cənab Fövqəladə Hallar naziri hörmətli Kəmaləddin Heydərov, bu məktəbin tikintisindən  xəbəriniz  varmı ? 

Gərək mütləq qəza baş versin, sonra maraqlanasınız ?

Bunlar sizin birbaşa  səlahiyyətinizdə olan məsələlərdir.   
İcra başçısı olduğun Abşeron rayonunun ərazisində məktəb tikintisi gedir, xəbərin varmı, cənab İradə Gülməmmədova ?
Cənab Gülməmmədova, bizim sizinlə bağlı özgə məramımız yoxdur, sadəcə, kabinetinizdən bayıra çıxın, gör rəhbəri olduğun rayonda nə qədər tikintilər gedir. 
Hüquq şöbəsinin müdiri Qubatov Rəşad sizin adınızdan saat 5-dən sonra pul yığımına başlayır. 
Əgər sizi rayonda sayan yoxdursa, niyə bu vəzifəni daşıyırsınız, xanım Gülməmmədova ?
Bir sözlə, Abşeronda məktəb tikilir, heç kimin xəbəri yoxdur. Necə deyərlər, kim kimədir, kim kimə...скачать dle 12.1