Köçərli Həsənovun  saxta podratçı  şirkətləri…


“Azərsu”dan söhbət  düşəndə həmişə  rəhmətlik  xeyriyyəçi Hacı Zeynalabdin  Tağıyevi  xatırlayıram. Rəhmətlik Hacı öz cibinin pulu ilə, tək canı ilə Bakıya Şollar suyunu çəkdi. 100 ildən sonra da bu təmiz, sərin sudan istifadə edirik. 
Ancaq  müstəqilliyinin 30 ili tamam olan Azərbaycanda “Azərsu”ya  gah Oqtay Əsədov  rəhbərlik etdi, sonra Nizaməddin gəldi, indi də Allah qoymasa, Köçərli Həsənov rəhbərlik edir. Bəli, 1 ay öncə baş nazirin müavini Yaqub Eyyubov Köçərini kollektivə təqdim edib. 
Yeri gəlmişkən, “Azərsu”nun saytından  bəlli olur ki, bu qurumda  5 müavin var: Köçərli Həsənov müavinlər sırasındadır.
Hazırda isə Köçərli həm də sədrin səlahiyyətlərini  icra edir. 
Sözümüzün canı odur ki, heç nazirliklərdə, komitələrdə bu sayda müavin yoxdur. Buna nə ehtiyac var ? Bunlar hamısı dövlət vəsaiti deməkdir. Hər müavinə xidməti maşın, sürücü, katibə, köməkçi, Allah qoymasa  daha nələr. 
Bu qurumda olan korrupsiyanı  təsəvvür etmək üçün  strukturuna baxanda adam dəhşətə gəlir. 
Gəncə boyda şəhərdə normal kanalizasiya sistemi yoxdur, amma qurumda 5 müavin var. Hələ üstəlik  qurumun adı zırıltı elmi institutu var – “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu.
   “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. 
Digər vacib məsələ odur ki, istənilən qurumda müavinlərin  konkret  sahəsi olur və bu aydın şəkildə yazılır.  Azərsu-nun saytında heç bir müavinin kuratsiya etdiyi sahə bəlli deyil. Özümüz  başqa mənbədən öyrəndik ki, Köçərli Həsənov uzun illər məhz  sədrin istismar üzrə müavini  olub və hazırda sədri əvəz edir.   
Digər bir vacib məqam odur ki, Azərsu hansısa məntəqəyə  su çəkəndə həmin ərazinin  yollarını  xaraba günə qoyur  və ərazini yarımçıq tərk edir. Yəni qaş düzəldən yerdə  gözü də çıxardır. Bütün bunlara görə, sədrin İSTİSMAR üsrə müavini Köçərli Həsənov məsuliyyət daşıyır. Əslində  asfaltı dağıdan, kanalizasiya çəkən  podratşı şirkətlər sonradan asfalt örtüyünü bərpa etməlidirlər. Amma nə faydası. 
Çünki podrtaçı şirkətlərin çoxu Köçərli Həsənovundur. Və bu şirkətlərin heç biri  kriteriyalara cavab vermir. Ancaq pul qazanmaqla məşğuldur.  Elə onun nəticəsidir ki, çəkilən su və kanalizasiya xətləri əksər rayonlarda işlək vəziyyətdə deyil, ayrılmış vəsaitin isə böyük bir hissəsi  Köçərli  kimilərin cibinə  gedir. Onu da bilmək lazımdır ki,   görülən işlərə, çəkilən su və kanalizasiya xətlərinə, eləcə də dağıdılan asfalt örtüyünə birbaşa cavabdeh Köçərli Həsənovdur.
Digər vacib məsələ odur ki, “Azərsu”  Dünya bankından milyonlarla kredit götürüb, ancaq zamin duran Azərbaycan dövlətidir. Kreditləri isə Köçərli Həsənov kimi məmurlar sağa-sola xərcləyib. Bəs kreditləri kim qaytaracaq, ay Köçərli ? 
Köçərli Həsənov su və kanalizasaiya çəkmək üçün lazım olan “texniki şərt”lərdən milyonlar qazanır.  
Məlumat üçün bildirək ki, bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”ləri bəzi obyektlərdə 150 min manatı aşır. 
Digər  rüşvət mənbəyi  yaşayış binalarına “texniki şərt” deyilən sənədin verilməsidir ki, buna görə alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. 
Sözsüz  bütün bunlara görə, Köçərli Həsənov və onun şəbəkəsi  istintaqda cavab verəcəklər. 
Konkret Köçəri Həsənovun özü isə bağında FETÖ-çuların toplantısına və Ərikli bağındakı olaya görə, mütləq cəzasını alacaq.
/Gundelik-baku.com/скачать dle 12.1